PSJ 17 yaşlı futbolçunu transfer etmək istəyir

Bölmə: İdman › ,
Tarix: 12:17 31.05.2025

Fransanın PSJ klubu Argentina təmsilçisi "River Pleyt"də çıxış edən Franko Mastantuononu heyətinə qatmaq istəyir.

 

"İnformator.az" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat paylaşıb.

 

17 yaşlı yarımmüdafiəçi 45 milyon dollar qarşılığında komandadan ayrıla bilər. Fransa çempionu argentinalı oyunçu üçün bu məbləği ödəməyə hazırdır.


Qeyd edək ki, Franko Mastantuono 2025-ci il mövsümündə meydana çıxdığı 19 matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.