Millimiz Qızıl Avropa Liqasında mübarizəyə başlayır

Tarix: 13:50 31.05.2025
"Bu gün Avropa Qızıl Liqasında ilk oyunumuz oldu. Macarıstan millisi ilə qarşılaşdıq və məğlub olduq. Oyuna pis başladıq və çox səhvlər etdik. İstədiyimiz oyunu göstərə bilmədik".
Bu sözləri Azərbaycan Superliqası Azərreyl QVK-nın kapitanı, azərbaycanlı qadın voleybolçu Aynur İmanova "İnformator.az"a açıqlamasında deyib.
Müsahib qeyd edib ki, Macarıstan və Sloveniya ilə oyunlar qarşısında komandanın vəziyyəti biraz fərqlidir:
"Bu gün komandamızda əsas heyət oyunçularımızdan bəziləri zədə səbəbindən iştirak etmir. Ona görə də müəyyən mövqelərdə çətinlik çəkirik. İlk oyunda məğlub olsaq da, mən komandamıza, komanda yoldaşlarıma inanıram. Qarşıdakı oyunlarda daha yaxşı oyun göstərib qalib gəlməyə çalışacağıq".
Zəhra Möhübbətova