Nazarbayevin Putinlə görüşünün səbəbini açıqlayıb

Bölmə: Dünya › ,
Tarix: 11:33 02.06.2025

Bir neçə gün əvvəl Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev arasında baş tutan görüş şəxsi xarakter daşıyıb”.

 

İnformator.az” TASS-a istinadən xəbər verir ki, bunu Nazarbayevin mətbuat katibi Aydos Ukibay mətbuata açıqlamasında deyib.

 

Onun sözlərinə görə, Qazaxıstanın birinci prezidentinin Moskvaya səfəri şəxsi, qeyri-rəsmi xarakter daşıyıb.

 

Ukibay, həmçinin qeyd edib ki, Nazarbayevi Putinlə dövlət səlahiyyətlərinin olub-olmamasından asılı olmayaraq qorunub saxlanan çoxillik dostluq münasibətləri bağlayır. 

 

Qeyd olunub ki, Nazarbayev İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümünə həsr edilmiş tədbirə dəvət edilsə də, iştirak edə bilməyib və bu səbəbdən də Moskvaya daha sonradan səfər edib. 

 

Xatırladaq ki, tərəflər arasında görüş mayın 29-da baş tutub.