Türkiyənin daxilində üçüncü dövlətlərə xidmət edən qüvvələr var-BMTM rəhbəri

Bölmə: Siyasət › ,
Tarix: 12:20 02.06.2025

Türkiyənin daxilində üçüncü dövlətlərə xidmət edən qüvvələr var.

 

“İnformator.az” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

 

O qeyd edib ki, məhz həmin qüvvələr Azərbaycan-İsrail münasibətlərini qabardaraq Azərbaycan-Türkiyə münasibətlərini pozmağa çalışırlar:

 

“Türkiyədə bəzi ekspert və siyasətçilər bu meyildən çıxış edirlər. Ona görə də biz türk birliyinə yönələn fikirlərə qarşı daha diqqətli olmalı və onların qarşısını vaxtında almaq üçün əməli addımlar atmalıyıq”.