XİN: İranın Azərbaycandakı yeni səfiri seçilib

Tarix: 12:23 02.06.2025
İranın Azərbaycandakı yeni səfiri seçilib.
“İnformator.az” xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bugünkü mətbuat konfransında bildirib.
“İranın Azərbaycandakı səfiri seçilib və təqdim olunub. O, Avrasiya üzrə ixtisaslaşmış çox təcrübəli və tanınmış diplomatdır”, - İran XİN rəsmisi qeyd edib.