Rusiya Ukrayna ilə danışıqlarda güzəşt deyil, qələbə hədəfləyir

Tarix: 20:44 03.06.2025
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev çərşənbə axşamı bildirib ki, Ukrayna ilə aparılan sülh danışıqlarının əsas məqsədi kompromis deyil, Rusiyanın sürətli və tam qələbəsidir.
"İstanbulda keçirilən danışıqlar bizim sürətli qələbəmizi və neonasist rejimin tam aradan qaldırılmasını təmin etməyə yönəlib. Orada heç bir aldatma və ya qarşılıqlı güzəşt nəzərdə tutulmur", – deyə o, Telegram kanalında qeyd edib.
Medvedev əlavə edib ki, bu yanaşma dünən təqdim olunan Rusiya Memorandumunda da öz əksini tapır. Onun sözlərinə görə, Rusiyanın tələblərinə Ukraynanın daha geniş ərazilərdən imtina etməsi, neytral status alması, ordusunun sayına məhdudiyyət qoyulması və yeni parlamentlə prezident seçkilərinin keçirilməsi daxildir.
İstanbulda keçirilən görüş təxminən bir saat davam edib. Tərəflər hərbi əsirlərin dəyişdirilməsi və 12 min həlak olmuş əsgərlə bağlı razılıq əldə edib. Lakin atəşkəslə bağlı heç bir razılaşma əldə olunmayıb. Ukrayna və onun müttəfiqləri Rusiya üzərində bu istiqamətdə təzyiq göstərir.
Medvedev həmçinin qeyd edib ki, Ukraynanın son günlər Rusiyanın strateji bombardmançı bazalarına zərbələri cavabsız qalmayacaq: “Qisas qaçılmaz olacaq. Ordumuz irəliləyir və bu irəliləyiş davam edəcək. Partladılması vacib olan hədəflər məhv ediləcək”.
Mənbə: Al Jazeera
Qəmər Kazımzadə