Rusiya Odessanı tutmaq Moldova və Ruminiyanı təhdid etmək məqsədi daşıyır"

Tarix: 20:48 12.06.2025
Ötən gün Odessada keçirilən Ukrayna- Cənub-Şərqi Avropa Sammitində Ukrayna prezidenti Rusiyanın Ukraynanın liman şəhərinə hücum etmək və Moldova və Ruminiyaya doğru hərəkət etmək planlarını açıqlayıb, müdafiə və sülh səylərinə ehtiyac olduğunu vurğulayıb.
"Rusiyanın müharibə planları bu bölgəni, Odessanı hədəf alır. Sonra Moldova və Rumıniya ilə sərhədləri hədəfə alırlar. Təbii ki, indi müdafiəyə ehtiyacımız var. Amma hər şeydən əvvəl, bunların bir daha təkrarlana bilməyəcəyinə dair uzunmüddətli təminatlara ehtiyacımız var", - prezident vurğulayıb. Ukrayna, Rumıniya, Moldova Respublikası, Serbiya, Albaniya, Yunanıstan, Monteneqro, Xorvatiya və Sloveniyanın qatıldığı sammitdə bəziləri artıq Moskvanın hibrid müharibəsinin hədəfinə çevrilmiş ölkələr bir araya gəlib.
Euronews
Səmayə Səftərova