Netanyahu müxalifətin parlamenti buraxmaq cəhdindən xilas olub

Bölmə: Dünya › ,
Tarix: 21:04 12.06.2025

İsrailin baş naziri Benyamin Netanyahu, müxalifətin parlamenti buraxmaq təklifini səsvermədə dəstəkləyə bilməməsi ilə siyasi böhrandan çıxıb. Erkən seçkiyə aparacaq bu qanun layihəsi Knessetdə 61 səslə rədd olunub, 53 deputat isə lehinə səs verib.

 

Gərginlik ultra-pravoslav kişilərin məcburi hərbi xidmətə cəlb olunması məsələsi ətrafında yaranıb. Bu qrup, müqəddəs yəhudi mətnlərinin öyrənilməsinə vaxt ayırdığı üçün əvvəllər xidmətdən azad tutulub. Lakin Qəzzadakı müharibə fonunda ordu daha çox əsgərə ehtiyac duyduğundan, bu istisnanın ləğvi müzakirəyə çıxarılıb.

 

Hakim koalisiyadakı Şas və UTJ kimi ultra-pravoslav partiyalar əvvəlcə müxalifətin təklifini dəstəkləməyə yaxın idilər. Lakin son anda geri çəkiliblər. Müdafiə naziri Bezalel Smotrich bildirib ki, müharibə zamanı hökumətin devrilməsi İsrail üçün təhlükə yaradar və tarix bunu bağışlamaz.

 

Netanyahu isə həm ordunun ehtiyaclarını, həm də koalisiya daxilindəki təzyiqləri balanslaşdırmağa çalışır. O, ultra-pravoslavların hərbi xidmətdən daimi azad olunmasını tələb edən partiyaların dəstəyini qorumağa çalışır. Beləliklə, onun 2022-ci ilin sonunda qurulan sağçı koalisiyası siyasi sınaqdan çıxmağı bacarıb.

 

Al Jazeera
Qəmər Kazımzadə