Öz yolumuzla irəliləyəcəyik-Pezəşkiyan

Bölmə: Dünya › ,
Tarix: 21:19 12.06.2025

İranın rəsmi xəbər agentliyi IRNA-ya görə, İlam əyalətini ziyarətində etdiyi çıxışda Pezəşkiyan, UAEA İdarə Heyətində ABŞ, İngiltərə, Fransa və Almaniya rəhbərliyi ilə ölkəsi əleyhinə qəbul olunan qərara etirazını bildirib.

 

Qərarı "şər" adlandıran Pezəşkiyan, "Bu gün İngiltərə, Fransa və Almaniya İrana qarşı qərar qəbul ediblər. Mən bu dünyada onların şər işlər görməməsi və bu ölkənin xalqının öz ayaqları üstündə müstəqil yaşaması üçün nə etməli olduğumu başa düşmürəm”,-deyib.

 

Ölkəsinin sülh məqsədli nüvə fəaliyyətlərinə davam edəcəyini söyləyən Pezəşkiyan, "Öz yolumuzla irəliləyəcəyik və (uraniumu) zənginləşdirməyə davam edəcəyik. Ölkəni gənclərlə, alimlərimizlə quracağıq. Mərkəzlərimizi bombalasalar belə, bütün bu bacarıqlar bizim düşüncələrimizdədir və buna görə nə etsələr də yenidən quracağıq”,- ifadələrini istifadə edib.

 

Pezəşkiyan, ölkəsindəki bütün təbəqələrə fərqlilikləri və problemləri bir kənara qoyaraq ölkəni qurmaq üçün əl-ələ verməyə çağırıb

 

 

TRT Xəbər 

Xəlilli Nigar