“Whatsapp”da yeni funksiya yaranıb

Bölmə: Maraqlı › ,
Tarix: 13:17 03.03.2016

“Facebook”a məxsus olan “Whatsapp” proqramına daha bir yeni funksiya əlavə olunub.

İnformator.az xəbər verir ki, "Whatsapp" istifadəçiləri artıq PDF formatında materialları bir-birinə ötürə biləcəklər. Bunun üçün “paylaş” düyməsinə basıb ordan “sənəd” (Document) hissəsini seçmək lazımdır.

Android telefonlarda telefonun yaddaşında olan bütün sənədlər ekrana çıxacaq. "iPhone" istifadəçiləri isə bu sənədləri müxtəlif proqramlardan— “Dropbox”, “Google Disk”, “Microsoft OneDrive” və s. götürə biləcək.

İstifadəçilər yalnız PDF formatında materialları göndərə biləcək. Başqa formatda olan materialın göndərilməsi isə gələcək üçün planlaşdırılır.