Suriyada ABŞ hərbi bazasına hücum edilib

Tarix: 14:49 23.06.2025
ABŞ-nin Suriyanın şimal-şərqində yerləşən Həsəkədəki hərbi bazasına hücum edilib.
"İnformator.az"ın xəbərinə görə, bu barədə İranın "Mehr" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Agentlik ABŞ bazasını kimin atəşə tutduğu ilə bağlı dəqiq məlumat verməyib.