"Chelsea", braziliyalı hücumçu Joao Pedronu transfer edib

Bölmə: İdman › ,
Tarix: 19:40 02.07.2025

İngiltərə "Premier Liqa" klublarından "Chelsea", "Brighton Hove Albion"dan 23 yaşlı braziliyalı hücumçu Joao Pedronu transfer edib.

 

Klubdan verilən açıqlamada bildirilib: " "Chelsea", "Brighton Hove Albion"dan braziliyalı ulduz Joao Pedronu transfer etdiyini elan etməkdən məmnunluq duyur".

 

Açıqlamada həmçinin qeyd olunub ki, 23 yaşlı hücumçu, mavi-ağlılarla 2033-cü ilə qədər davam edəcək uzunmüddətli müqaviləyə imza atıb və "Palmeiras"a qarşı oynayacağımız "FIFA Klublararası Dünya Kuboku"nun 1/4 final görüşündən dərhal əvvəl komandamıza qoşulacaq.

 

Mənbə: TRT Haber 

Nigar Həsənzadə