İki həftədə qeyri-çimərlik ərazilərdə 7 nəfər batıb-Nazirlik

Tarix: 10:16 04.07.2025
Son 2 həftə ərzində qeyri-çimərlik ərazilərdə 7 nəfərin batması faktı qeydə alınıb.
"İnformatika.az" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi qeyri-çimərlik ərazilərlə bağlı məlumatında bildirilib.
"Nəzərə alınmalıdır ki, çimərlik üçün nəzərdə tutulmayan kanal, arx, çay, göl və digər su hövzələrinin təhlükəli sualtı relyefə, sürətli axına, qeyri-müəyyən dərinliyə, məhdud görüntü və digər təhlükəli xüsusiyyətlərə malik olması həmin hövzələrdən yayda sərinləmək məqsədilə istifadə zamanı həyat və sağlamlıq üçün ciddi təhlükə yaradır",-FHN-in məlumatında deyilir.