Belə təfəkkür mediada dərin kök salıb

Bölmə: MEDİA › ,
Tarix: 14:00 04.08.2016

CBC-də aparıcı xanım Banişevski haqqında müsahibə götürür. Sualında deyir ki, Banişevski azərbaycanlı olmayıb (?!).

İnformator.az xəbər verir ki, bunu tanınmış jurnalist Atəş Sultanov sosial şəbəkədə yazıb.

"Bu nə arxaiq və anlaşılmaz təfəkkürdür. Özümüz deyirik ki, Banişevski bizdən deyil, rusdur. Millətçi yanaşmadır. İkincisi, azərbaycanlı kimdir bəs? Belə təfəkkür mediada dərin kök salıb. Qəzetlərin birində yazırlar ki, Yelena Sidorenko azərbaycanlı olmasa da Azərbaycan dilində yaxşı danışırdı. Başa düşmədim, insan Azərbaycanda doğulur, böyüyür, işləyir, VƏTƏNDAŞI OLUR, amma azərbaycanlı olmur. Bəs azərbaycanlı olmaq üçün nə etmək lazımdır? Çox yanlış yanaşmadır. Bunlar milliyətlə etnik mənsubiyyəti qarışdırırlar. Azərbaycanda yaşayan ruslar da, ermənilər də, türksoylular da, talışlar da, ləzgilər də, saxurlar da və s. azərbaycanlıdır. Bizim bir parçamızdır. Əgər jurnalist kiminsə bizdən olub-olmamasını etnik identifikasiya ilə müəyyən edirsə, o zaman əziyyət çəkib türklərin də qıpçaq, oğuz, xəzər və ya peçeneq olmasını da dəqiqləşdirsin. Çünki, mən istəmirəm ki, peçeneq türkü ilə eyniləşim)))) Banişevski, deyir: “azərbaycanlı deyil”...", - jurnalist qeyd edib.