Putinlə danışıqdan çox məyus oldum, Zelenski ilə söhbət isə yaxşı keçib

Tarix: 08:10 07.07.2025
"Putinlə telefon danışığından sonra çox məyus oldum".
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefon danışığından çox üzüldüyünü bildirib.
O, jurnalistlərlə söhbətində belə deyib.
Eyni zamanda, D.Tramp iyulun 4-də Vladimir Zelenski ilə baş tutan telefon danışığını “yaxşı” adlandırıb və qeyd edib ki, Ukrayna Prezidentini “çox sərt vururlar”.