Baltikyanı ölkələr birgə razılığa gəliblər

Bölmə: Siyasət › ,
Tarix: 17:25 10.07.2025

 


Litva, Latviya və Estoniya regional miqyasda ümumi müdafiə strategiyasının yaradılması istiqamətində mühüm addımlar atmağa qərar veriblər.


Mövzu ilə əlaqədar politoloq Azad Məsiyev “İnformator.az”a açıqlamasında bildirib ki, Pribaltika respublikaları NATO- nun üzvüdürlər. NATO nizamnaməsinin beşinci maddəsinə görə, NATO blokuna daxil olan dövlətlərin hər hansı birinə hücum olarsa, onda NATO bloku ümumilkdə həmin dövlətin müdafiəsinə qalxa bilər:


“Belə olan təqdirdə Pribaltika respublikaları nə məqsədlə regionda özünü müdafiə strategiyasına yenidən baxırlar və yenidən müəyyən edirlər. İlk baxışda belə bir davranış görünür ki, Pribaltika respublikaları təhlükəni Rusiyada görürlər. Rusiyada gözəl bilir ki, NATO nizamnaməsinə gör birbaşa konflikt NATO bloku ilə həyata keçirilə bilər. Ümumilikdə, Pribaltika respublikaları qonşularla, xüsusilə Rusiyaya münasibətinə yenidən baxmalıyıq. Biz ara sıra bu dövlət başçılarının, yəni Pribaltika respublikanın rəhbərlərinin Rusiyaya qarşı aqressiv davranışlarını, bəyanatlarını müşahidə etməkdəyik. Ümumilikdə qonşularla dinc yaşamaq prinsipinə əməl edilməlidir. Təəssüflər olsun ki, Pribaltika respublikalarda Birləşmiş Ştatların əlində bir alətə çevrilib. Rusiya əleyhinə istifadə olunmaqdadır. Respublika rəhbərləri də gözəl anlayır ki, onlar Rusiya ilə savaşda duruş gətirəcək bir dövlət deyillər, eyni çəkiyə malik deyillər. Belə olan təqdirdə kiminsə əlində alətə çevrilib belə nəhəng dövlətlə niyə konfliktə getməlidirlər? Biz bunu Ukraynadan
görmüşük. Zelinski də Qərbin əlində alətə çevrilib. Nəticə Ukraynaya cəhənnəmə çevrilib. Belə olan təqdirdə pribaltika respublikaları müdafiə strategiyasına yox, ümumilikdə qonşularla dinc yanaşı yaşama strategiyasına yenidən baxmalıdırlar ki, qonşuların əleyhinə çağırışlarda iştirak etməsinlər”.

 

Ekspertin sözlərinə görə, təəssüflər olsun ki, bu gün ümumilikdə Rusiya ilə qonşu olan dövlətlər Birləşmiş Ştatların əlində alətə çevrilib:


“Rusiya əleyhinə istifadə olunmaqdadır. Biz bunu Gürcüstanda, Ukraynada, Ermənistanda və ümumilikdə qonşu Rusiya ilə qonşu olan dövlətlər Rusiya əleyhinə istifadə edilməsində bir müşahidə şahidi oluruq. Bu cür strategiya, yeni Pribaltika respublikalarının özünü müdafiə etmə strategiyasına yenidən baxmaq, fikirləri real görünmür. Çünki əgər bunlar Rusiya əleyhinə müdafiə strategiyası hesablanıbsa, sonda pribaltika respublikalar NATO nun niyə üzvü olmalıdırlar? Ümumən NATO nun vahid bir strategiyası müəyyən olunur və bu strategiyayada NATO üzvü olan dövlətlər əməl edir. Hesab edirəm ki, bu cür provakasion davranışlar qonşuların əleyhinədir. Rusiya əleyhinə nəticə etibarilə həmin dövlətlər böyük zərər çəkə bilər. Ümumilikdə, Rusiya ilə davranışda qonşularla dinc yanaşı yaşama prinsipindən çıxış edilməlidir. Xarici üçüncü tərəfin əlində alətə çevrilməməlidir. Təəssüflər olsun ki, bu gün Pribaltika Qərbin əlində alətə çevrilərək Rusiya əleyhinə istifadə olunur. Nəticə də isə ən böyük ziyanı həmin respublikalar çəkəcək. Əgər hərbi konflikt baş verərsə, bir balta respublikalı balaca bir respublikadır. Bu, Ukrayna deyil. Onlar ən böyük ziyanı həmin respublikalar çəkə bilər. Ona görə də hesab edirəm ki, bu cür müdafiə strategiyası özünü doğrultmayacaq”.

 

 

Asiman Vəliyeva