Sərsəng su anbarının ətrafında turizmə dəstək

Tarix: 19:33 24.07.2025
Ağdərə rayonundakı Sərsəng su anbarının ətrafında turizm potensialını canlandırmaq məqsədilə infrastrukturun yaradılmasına başlanılıb.
Mövzu ilə bağlı Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, mən düşünürəm ki, Sərsəng su anbarının ətrafında turizim infrastruktrunun, eləcə də işğaldan azad olunmuş zonalarda və turizm marşrutlarının yaradılması bu istiqamətdə çeşidli turizm məhsullarının daha aktiv realizə olunmasına şərait yaradacaq:
"Deyə bilərik ki, burda turizmin bütün alternativ növlərinin inkişaf etdirilməsi üçün bir şərait var. Tutaq ki, turistlər Füzuli-Əhmədbəyili üzərindən "Zəfər yolu" ilə Şuşaya daxil olduqdan sonra digər istiqamətlərdə-həm Ağdam, həm Kəlbəcər, həm də eyni zamanda Suqovan-Tapqaraqoyunlu-Naftalan istiqamətlərinə səyahət edən zaman təbii ki marşrut üzrəində bu tip atraksionlardan, turizm məkanlarından istifadə etmək imkanları olacaq. Bu həm turizm şirkətləri üçün bir marşrutdur. Proqrama daxil olmaqla, asudə vaxtın təşkil olunması üçün şərait yaradacaq. Əlbəttə ki, su hövzələri üzərində, ətrafında hansısa turizm məhsullarının yaradılması əlavə olaraq, daha çeşidli, daha maraqlı marşrutların yaranmasına səbəb ola bilər. Turizm axını və intensivlik bunu şərtləndirən amillərdəndir".
Billurə Quliyeva

“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi 19.07.2025-cü il tarixdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Saatlı rayonun ucqar kəndlərini (Varxankənd və Qaralar) əhatə edən “Kənd sağlamlığı günləri” adlı seminar keçirib.