Üç rayonda yanğın-helikopterlər də cəlb olunub

Tarix: 23:47 25.07.2025
Ağdam rayonu Gülablı kəndi ərazisində ötən gün başlayan yanğın Xocavənd rayonunun Mirikənd kəndinin ərazisinə keçib.
"İnformator.az" "Axar.az" a istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazilriyinin (FHN) Ağdam, Ağcabədi, Yevlax, Xankəndi rayonlarından 130 nəfərdən ibarət şəxsi heyəti mübarizə aparır. Bundan başqa, yanğının söndürülməsi üçün 2 helikopter cəlb olunub.
İlkin olaraq 80 nəfər şəxsi heyətin cəlb olunduğu ərazidə hava şəraitinin küləkli olması yanğının söndürülməsini çətinləşdirib. Bu səbəbdən yanğının söndürülməsinə əlavə olaraq 50 nəfərlik qüvvə də cəlb edilib.
Bundan başqa, Ağdərə rayonu Həsənriz kəndində də günorta saatlarında yanğın başlayıb. Sözügedən ərəraziyə də FHN-nin yanğınsöndürmə briqadaları cəlb edilib.
Report-un yerli sakinlərdən əldə etdiyi məlumata görə, meşəlik əraziyə keçən aktiv yanğın ocaqları məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.

“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi 19.07.2025-cü il tarixdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Saatlı rayonun ucqar kəndlərini (Varxankənd və Qaralar) əhatə edən “Kənd sağlamlığı günləri” adlı seminar keçirib.