Ronaldo "Qalatasaray"a keçir? - YENİ İDDİA

Bölmə: İdman › ,
Tarix: 14:23 08.12.2022

"Mançester Yunayted”dən ayrılan dünyaca məşhur futbolçu Kriştiano Ronaldonun hansı komandaya transfer olunacağı hələ ki, qaranlıq olaraq qalır.


İnformator.az xarici mediaya istinadən xəbər verir ki, bir çox komandadan təklif alan ulduz futbolçu "Qalatasaray"da forma geyinməyə can atır.

Səudiyyə Ərəbistanı liqasının komandalarından olan "Əl-Nassr"a transfer olunacağı deyilən Ronaldo bu xəbərləri təkzib edib. "Qalatasaray"ın da maraq göstərdiyi portuqaliyalı futbolçunun transferi ilə bağlı vacib iddia səslənib.

Diarioqolda çıxan xəbərə görə, sarı-qırmızılılar yay transfer pəncərəsindən bəri Kriştiano Ronaldonu heyətinə cəlb etməyə çalışır. Bununla belə, "Mançester Yunayted”in mövsümün əvvəlində Ronaldonun ayrılmasına icazə vermədiyi bildirilib.

Hazırda Ronaldonun sərbəst mövqeyinə görə transfer ehtimalının daha yüksək olduğu qeyd edilib. Bundan əlavə, xəbərlərdə Ronaldonun "Qalatasaray"a gedəcəyini inkar etmədiyi qeyd edilib.

Sarı-qırmızılı klubun heyətinin bu vəziyyətdən xəbərdar olduqları bildirilib. Bildirilib ki, "Qalatasaray” idarəçiləri dünya şöhrətli futbolçunu razı salmaq üçün vacib fürsətə sahib olduqlarını bilirdilər. Digər tərəfdən Ronaldonun transferi üçün Türkiyə, ABŞ və Səudiyyə Ərəbistanı xəbərlərdə gündəmə gəlib.

Qeyd edək ki, ulduz futbolçu karyerasında "Sporting Lissabon", "Mançester Yunayted", "Real Madrid" və "Yuventus" kimi komandalarda meydana çıxıb.

Ronaldonun hazırkı bazar dəyəri 20 milyon avro olaraq müəyyən edilib.

Mikayıl