"Ermənilər bu hərəkətlə Azərbaycanla sülh müqaviləsini imzalamağı uzadırlar" -Politoloq

Bölmə: Siyasət › ,
Tarix: 12:12 09.03.2023

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.

 

Ermənilərin Azərbaycana qarşı daha bir murdar təxribatı nəyə hesablanır?

 

Məsələ ilə bağlı İNFORMATOR.AZ-a danışan siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, belə bir təxribatın baş verməsinin əsas səbəbi Rusiya sülhməramlıların öz vəzifələrini yerinə yetirməməsidir:

 

"Ümumiyyətlə, ermənilər bu hərəkətləri ilə Rusiya sülhməramlılarının bölgədəki vəziyyəti tam nəzarətdə saxlaya bilmədiklərini və üzərlərinə düşən vəzifələrini yerinə yetirmədiklərini və yaxud bacara bilmədiklərini göstərməyə çalışırlar. Bununla da, Nikol Paşinyan Rusiya sülhməramlıların və Rusiyanın bölgədəki roluna etimadsızlıq mühitini formalaşdırmağa və Rusiya sülhməramlılarının beynəlxalq sülhməramlılarla əvəz edilməsini dair cəhdlər göstərilir. Ermənilərin məhz bu gərginlikləri törətməkdə əsas məqsədləri də bunlar idi".

Siyasi şərhçi əlavə edib ki, ermənilər Azərbaycanla sülh müqaviləsinin imzalanmasını uzadırlar:

 

"Ermənilər Azərbaycana bir növ təzyiq etmək, Azərbaycan nümayəndələrinin separatçı nümayəndələr ilə bir masa arxasına oturmasına dair maraq dairələrini həyata keçirməyə çalışırlar. Hətta ölən şəxsləri təqdim etməklə, onların tanınmamış Dağlıq Qarabağın pasport-viza xidməti nümayəndələri olduğunu göstərirlər. Bununla da, Ermənistan sanki heç bir məsələyə qarışmır. Əksinə Azərbaycan tərəfindən təhlükə olduğunu və Qarabağdakı dırnaqarası dövlətlərinə qarşı çox ciddi təhlükə mənbəyinin olduğuna dair fikirlər formalaşdırırlar. Eyni zamanda Ermənistanda Avropa İttifaqının 200 nəfərlik nümayəndə heyətinin fəaliyyəti başlayıb. Bu yolla, ermənilər problemin həllini və sülh müqaviləsinin imzalanması ilə bağlı məsələni uzatmaq niyyətindədirlər.Hətta bura öz şərtlərini daxil etmək üçün də prosesi uzadırlar. Düşünmürəm ki, bu real bir nəticə verərək. Ancaq əvvəl-axır Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalamağa məcbur olacaq və Qarabağdakı ermənilər də Azərbaycan cəmiyyətinə inteqrasiya olunub yaşamaqdan başqa seçimləri qalmayacaqdır".

 

Xəyalə Rza

Fatimə Mustafayeva