Ronaldo ilə bağlı - YENİ İDDİA

Bölmə: İdman › ,
Tarix: 20:50 22.05.2023

Alman iş adamı Markus Şon mövsümün sonunda ulduz futbolçu Kriştiano Ronaldonun "Əl Nəsr"dən ayrılacağını deyib.
 
İNFORMATOR.AZ Türkiyə mediasında yayılan məlumata istinadən xəbər verir ki, Şon "Bavariya"nın portuqaliyalı ulduz üçün hərəkətə keçəcəyi təqdirdə transferi maliyyələşdirəcəyini vəd edib.
Şon Ronaldonun "Bavariya"ya mümkün transferində portuqaliyalı ulduzun transfer haqqını və ya maaşını qarşılaya biləcəklərini ifadə edib. Bunun müqabilində alman iş adamı Ronaldonun formalarının satışından pay istəyəcək.
 
Qeyd edək ki, Kristiano Ronaldo bu mövsüm "Əl Nəsr"ın heyətində 33 oyuna çıxıb. 16 qol vurub və 4 məhsuldar ötürmə edib.