Androiddən iPhone-a keçənlərin sayı artıb

Bölmə: MEDİA › ,
Tarix: 22:14 24.05.2023

Android-dən iPhone-a keçid sürəti son beş ildə ən yüksək səviyyədədir.

 

İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, yeni iPhone sahibləri arasında dataya əsasən sorğu keçirilib. Məlum olub ki, onların 15 faizinin əvvəlki telefonu Android olub. Əvvəlki illərə nəzər salındıqda bu nisbətin 11 və 10 faiz səviyyəsində müəyyənləşdirildiyi aşkarlanıb.

 

Android-dən iOS-a keçidin ən yüksək olduğu il 21 faizlə 2016-cı il olub. Bu, son doqquz ilin ən yüksək keçidi olaraq qeyd edilib.

 

Nigar