Məşhur aktyor Con Bisli vəfat etdi

Bölmə: Mədəniyyət › ,
Tarix: 19:34 01.06.2023

"Everwood" və "The Soul Man" filmləri ilə tanınan məşhur aktyor Con Bisli 79 yaşında vəfat edib.

 

İnformator.az qərb mediasına istinadən xəbər verir ki, Bislinin ölüm səbəbi açıqlanmayıb. 26 iyun 1943-cü ildə Omahada anadan olan Con Bisli uzun illər dəmir yollarında işlədikdən sonra 40 yaşlarının ortalarından filmlərə çəkilməyə başlayıb.

 

Bislinin rol aldığı ilk filmi 'Rapid Fire' 1989-cu ildə ekranlara çıxıb. Sonralar 'müxtəlif filmlərində yer alıb. O, həmçinin "Toxunulmazlar", "İtkin Şəxslər" kimi seriallara da çəkilib.

 

Aydan