Twitter-in yeni baş direktoru işə başladı

Bölmə: MEDİA › ,
Tarix: 21:52 05.06.2023

Twitter-in sahibi İlon Mask bir müddət əvvəl şirkətin baş direktorunun Linda Yakkarino olduğunu bildirmişdi. Yakkarino bu gün Twitter-in baş direktoru vəzifəsini İlon Maskdan təhvil alıb.

 

İnformator.az xarici KİV-ə istinadən xəbər verir ki, İlon Mask bu yaxınlarda sosial media hesabında Twitter üçün yeni CEO işə götürdüyünü və onun, təxminən, 6 həftə sonra işinə başlayacağını açıqlayıb. 

 

Daha sonra Mask CEO-dan sonra şirkətdəki rolunun məhsullara, proqram təminatına və xidmətlərə nəzarət edən İdarə Heyətinin sədri və Baş Texnologiya Direktoru olacağını bildirib. 

 

Qeyd edək ki, yeni baş direktor Linda Yakkarino əvvəllər qlobal reklamın rəhbəri vəzifəsində çalışıb. O eyni zamanda, Dünya İqtisadi Forumunda İşin Gələcəyi İş Qrupunun sədri kimi fəaliyyət göstərir.

 

Fərahim Rzazadə