İrigövdəli qurumuş ağaclar niyə kəsilmir?
Bölmə: Hadisə › ,Tarix: 13:35 27.07.2023
Paytaxtın mərkəzi küçələrindən birində ağacın aşması problemi yenidən aktuallaşdırıb. Yenə də quruyan ağaclar, hadisə zamanı xəsarət alan və zərər görənlər...
Hadisə Nizami küçəsində qeydə alınıb. Səkinin kənarında yerləşən irigövdəli ağacın aşması nəticəsində parkinq nəzarətçisi xəsarət alıb. Bununla yanaşı yolun kənarında yerləşən iki avtomobilin ön hissəsi və ön şüşəsi zədələnib. Xəsarət alan orta yaşlı şəxs həmin vaxt avtomobillərin parkinqinə nəzarət edirmiş. Şahidlərin sözlərinə görə, xəsarət alan ağacın səsini eşitsə də, yaşlı olduğundan qaça bilməyib: “Ağsaqqal adamdı. O ağac gec, ya tez gəlməli idi. Maşın keçsəydi, düz gələcəydi maşınların üstünə”.
Üzərinə ağac aşan Sahib İbrahimova yaxınlıqdakı insanlar yardım etdikdən sonra Kliniki Tibbi Mərkəzin Təcili və Təxirə salınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib. TƏBİB-in departament müdiri Zamirə Adilova pasiyent baş və boyunun küt travması ilə xəstəxanaya yerləşdirildikdən sonra ona zəruri müayinələr olduğu barədə açıqlama verib. Bildirib ki, sızıq və qan-sızma qeydə alınmayıb. Vəziyyəti orta-stabil olaraq qiymətləndirilir.
Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirlib ki, ağacın aşması nəticəsində yaranan fəsadlar aradan qaldırsa da, ərazidə aşan ağacla yanaşı bir neçə o cür ağac var: "Onlar da qurumuş vəziyyətdədir, yəni təhlükə mənbəyidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi olmadan heç bir ağacı kəsə bilməz".
Qeyd edək ki, rəyin verilməsi üçün prosesin uzun olması isə quruyan ağacların aradan götürülməsi prosesini biraz da uzadır.
Aidə