Avtomobil qiymətləri artacaq?

Bölmə: İqtisadiyyat › ,
Tarix: 23:07 13.12.2023

Yeni ildən istehsal ili 10 ildən çox olan avtomobillərin Azərbaycana idxalı məhdudlaşdırılacaq. 

 

Ekspertlərin proqnozuna görə, qərarın tətbiqindən sonra avtomobil bazarında kəskin qiymət artımları baş verəcək. Ancaq bazarlarda bu artımları indidən də hiss etmək mümkündür.

 

 Ekspertlər deyirlər ki, hazırda istifadədə olan avtomobillərin 80 faizinin istehsal tarixi 10 ildən çoxdur. Bu isə həm yanacaq sərfiyyatı, həm ekoloji, həm də təhlükəsizlik baxımından tələblərə cavab vermir. Bazarlarda isə mənzərə fərqlidir. 

 

Nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, bizim avtomobil parkının yenilənməsi üçün belə bir qərarın verilməsi gözlənilən idi və yerində verilən qərardır. 

 

"Qiymət artımına gəldikdə isə çox da böyük qiymət artımı gözlənildiyi qədər olmayacaq.10-15 max 20 faiz qiymət artımı ola bilər. Amma bu da özlüyündə yerli istehsalı, daha doğrusu Azərbaycanda yığılan avtomobillərin çoxalmasına stimul verəcək. Onların ehtiyyat hissələrinin ƏDV dən azad edilməsi, eyni zamanda da bazarda onlara tələbatın artması, yerli istehsalın artmasına səbəb olacaq".

 

Qeyd edək ki, qərar 10 il müddətini əhatə etdiyinə görə, növbəti illərdə də qərarın icrası həyata keçiriləcək. Məhz bu səbəbdən praktiki olaraq qarşıdakı illərdə də Azərbaycana gətirilən avtomobillərin məhdudlaşma ilinin artacağını müşahidə olunacaq.

 

Rahim