2024-cü ildə ehtiyac meyarı necə dəyişəcək?-Açıqlama

Bölmə: İqtisadiyyat › ,
Tarix: 23:37 15.12.2023

2024-cü ildə ehtiyac meyarı 270 manata yüksələcək. Ehtiyac meyarının qalxacağı təqdirdə minimum əmək haqqının artırılmaması ilə əhaliyə necə təsir edəcək? Sadəcə minumum əmək haqqı ilə ailə dolandırmağa çalışan vətəndaşların vəziyyəti daha da pisləşməyəcək?

 

Məsələ ilə bağlı iqtisadçı, Azərbaycan Milli Məclisinin deputatı Vüqar Bayramov informator.az-a açıqlamasında bildirib ki, Azərbaycanda minimum əmək haqqı alan vətəndaşlara eyni zamanda digər istiqamətlərdə yardımların göstərilməsi mümkündür. 

 

"Ümumiyyətlə ailədə adambaşına gələn gəlir ehtiyac meyarından aşağıdırsa, həmin ailədə sosial yardımdan istifadə hüququ yaranır. Məsələn, bir ailənin aylıq qazancı onun adambaşına düşən gəlirindən aşağıdırsa, bu zaman ailə başçısı Sosial Yardım İdarəsinə müraciət etməklə dövlətdən yardım ala və adambaşına düşən gəliri ehtiyac meyarına çatdıra biləcək. 

 

Vüqar Bayramov düşünür ki, aylıq qazancı ehtiyac meyarından aşağı olan vətəndaşların Ünvanlı Sosial Yardım alma hüququndan istifadə etməsi və öz gəlirini yüksəltməsi vacibdir.

 

Yusif Mamedov