Azərbaycan iqtisadiyyatı neft sahəsində-Ekspert

Bölmə: İqtisadiyyat › ,
Tarix: 22:53 18.12.2023

Azərbaycan artıq 170 ildir ki, neft ölkəsidir və indi Azərbaycanda neft çıxarılmasında son texnologiyalardan istifadə olunur". Bu sözləri informator.az-a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şaban söyləyib.

 

O, qeyd edib ki, Azərbaycan bu il neft ixracı üzrə 71 neft ölkəsinin arasında 30-cu yerdə qərarlaşıb.

 

"Bu da Azərbaycan üçün yüksək bir göstəricidir. Azərbaycan iqtisadiyyatının bu il neftdən asılılığına baxanda isə ümumi daxili məhsul üzrə götürsək bu asılılıq 40%, dövlət büdcəsində isə bu səviyyə 60% səviyyəsindədir".

 

Ekspert bildirib ki, Azərbaycan günü gündən neft sənayesində daha da inkişaf edir və bu da Azərbaycan iqtisadiyyatına təkan verməkdədir.

 

Yusif Mamedov