Azərbaycan sənayəsi bu il geriləyib-Akif Nəsirli

Bölmə: İqtisadiyyat › ,
Tarix: 21:34 21.12.2023

"Bu il Azərbaycan sənayesi nəyin ki irəlləyib hətta geriləyib. Azərbaycanda qeyri-neft sektorunun inkişafı çox zəif irəliləyir".- Bu sözləri informator.az -a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli qeyd edib.

 

"Bu il Azərbaycanın sənayesinə baxdıqda isə sənayemiz irəliləmə əvəzinə geriləyib. Amma ümumilikdə qeyri-neft sektoru sahəsinə nəzər salsaq, qeyriz-neft sektoru 3% artıb.

Bu artım isə dövlət şirkətlərinin fəaliyyəti nəticəsində mümkün olub.


Azərbaycanda sənayenin geriləməsi və qeyri-neft sektorunun çoxda inkişaf etməməsinin səbəbləri budur ki, Azərbaycan iqtisadiyyatının bəzi ənənəvi problemləri var və bu problemlər aradan qaldırılmasa, Azərbaycanda qeyri-neft sektorunun gözlə görünən inkişafı əfsus ki, mümkün deyil".

 

Müsahib deyir ki,  bu problemlərin başlıca səbəbləri isə ölkədə bazar iqtisadiyyatı prinsiplərinin tam şəkildə tətbiq olunmaması, rəqabət mühitinin olmaması, inhisarçılığın aradan qaldırılmaması, sahibkarların qarşısındakı əngəllərin götürülməməsi, ümumiyyətlə, özəl sektorun inkişafı üçün münbit şəraitin olmamasıdır.

 

"Bu problemlərin həlli və qeyri neft sektorunun inkişafına şərait yaradacaq olan amillər isə bunlardır:
1. İnhisarçılıq birmənalı olaraq aradan qaldırılmalı və onun yerini rəqabət mühiti tutmalıdır.
2. Ölkədə mülkiyyətə zəmanət verilməlidir.  Bu qanunla verilsə də realda yüzlərlə sahibkarın əmlakı əllərindən alınır.
3. Qanunun aliliyi və məhkəmələrin müstəqilliyi təmin olunmalıdır.
4. Sahibkarların qarşısındakı əngəllər ortadan qaldırılmalıdır

Əgər bu söylədiklərim təmin olunsa, Azərbaycanda qeyri-neft sektoru sıçrayış edə bilər".

 

Akif Nəsirli sonda qeyd edir ki, Azərbaycanda istehsal üçün bütün xammal ehtiyatlarının olması, işçi qüvvəsinin çoxluğu və bacarıqlı sahibkarın olmağı ölkədə qeyri-neft sektorunun inkişaf edə biləcəyini əyani sübutdur.

Yusif Mamedov