Bu məsələdə qızıl ortanı tapmaq vacibdir-Natiq Cəfərli

Bölmə: İqtisadiyyat › ,
Tarix: 21:24 26.12.2023

Bu gün yerli bazarlarda Genetik Modifikasiya olunmuş məhsullara çox rast gəlinir. Bu məhsullara bazarda ehtiyac duyulması haqqında iqtisadçı Natiq Cəfərli informator.az saytına açıqlama verib.

 

"Dünyada o qədər yeni texnologiyalar və GMO tətbiq olunan toxumlar sıradan çıxarılsa, dünya ac qalar".

 

İqtisadçı qeyd edir ki, həm insan sağlamlığa zərər verməyən, daha təhlükəsiz məhsullar üçün onların toxumlarına,onlara verilən gübrələrə və digər texniki qaydalara sağlamlıq çərçivəsində əməl etmək lazımdır.

 

"Texnoloji nailiyyətlərdən tamamilə imtina etmək doğru deyil. Dünya əhalisinin artım tempini də nəzərə alsaq, demək olar ki, bu məhsullardan imtina edən ölkə yoxdur".

 

Natiq Cəfərli sonda bildirir ki, bu məsələdə qızıl ortanı tapmaq vacibdir.

 

"Əhalinin təchizatını axsatmadan, əhalinin sağlamlığına zərər vurmayan texnoloji dəyişikliklərin aqrar sahədə tətbiq olunması mümkündür və bu doğru yoldur".

 

Gülay Qəribova