Azərbaycanın quru sərhədlərinin açılması gözlənilir mi? -Ekspertdən AÇIQLAMA

Bölmə: İqtisadiyyat › ,
Tarix: 17:11 03.02.2024

Artıq 3 ildən çoxdur ki,  pandemiya səbəbilə Azərbaycanın quru sərhədləri bağlıdır.

Quru yollarının bağlı olmasının əhaliyə iqtisadi təsirləri barəsində iqtisadçı ekspert Emin Qəribli informator.az saytına açıqlama edib.

 

"Bir tərəfdən biz istəyərdik ki yollar açılsın, daha asan yollarla, daha az məsrəflərlə gedəcəyimiz yerə çataq. Amma digər tərəfdən bu təhlükə hələ də var, göz qabağındadır".

 

Emin Qəribli deyir ki, sərhədlərin açılması ən azından kiçik sahibkarlar, vətəndaşlar üçün yaxşı olardı, fəqət bəzi halları da  gözdən çıxarmaq olmaz.

 

Quru sərhədləri bu il açıla bilər mi? 

 

"Bu il ərzində xəstəliklərin azalacağını və siyasi vəziyyətin də stabilləşəcəyini düşünürəm, bu amillər nəzərə alındıqda, sərhədlərin də açılacağını demək olar".

 

Ekspert sonda qeyd edir ki, sərhədlərin açılması ilə ölkəyə gələn turistlərin sayında artım olunacağı da gözlənilir.

 

Gülay Qəribova