Cənubi Qafqazın dünya iqtisadiyyatına inteqrasiyasında Azərbaycanın rolu

Bölmə: İqtisadiyyat › ,
Tarix: 23:03 03.02.2024

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanda keçiriləcək.
Bununla bağlı qərar ötən il COP28-in dekabrın 11–də keçirilən plenar iclasında verilib. 

 

Bu kofransın kontekstində Cənubi Qafqazın dünya iqtisadiyyatına inteqrasiyasında Azərbaycanın rolu nədən ibarətdir?

Bu haqda iqtisadçı ekspert Natiq Cəfərli informator.az saytına açıqlama verib.

 

"Azərbaycan iqtisadiyyatı uzun illərdir ki, Cənubi Qafqazın ən böyük iqtisadiyyatıdır. Həm əhali, həm ərazi baxımından Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir".

 

Müsahib deyir ki, əlbəttə, Azərbaycanın bu regionda bir çox başqa üstünlükləri də mövcuddur.

 

"Cənubi Qafqaz prizmasından baxdıqda Azərbaycan həm də şimal-cənub, həm də şərq-qərb yollarının kəsişdiyi bir loqistik mərkəz rolunu oynayacaq gücə sahibdir".

 

Ekspert bildirir ki, bunun üçün bir çox işlər görülür.

 

"Əgər doğrudan da bu işləri tamamlamaq mümkün olsa, Cənubi Qafqazın Azərbaycan üzərindən şərq-qərb, şimal-cənub inteqrasiyası  daha sürətlə gedə bilər".

 

Natiq Cəfərli sonda qeyd edir ki, bu, ümumilikdə, hər üç respublikanın iqtisadi inkişafına müsbət təsir göstərəcək.

 

Azər Abuşov