Dünya birjalarında neft bahalaşıb-Ekspertdən AÇIQLAMA

Bölmə: İqtisadiyyat › ,
Tarix: 14:46 06.02.2024

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,44 dollar artaraq 77,77 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,33 dollar artaraq 72,61 dollar təşkil edib.

Bu artım Azərbaycanın neft sahəsinə necə təsir edəcək?

İqtisadçı ekspert Emin Qəribli sözügedən məsələ ilə bağlı İnformator.az- a açıqlama edib:

 

"Təbii ki, neftin qiymətinin artımı neft ixrac edən ölkə kimi bizə müsbət təsir edir".

 

Ekspert bildirir ki, müasir dövrdə neftin qiymətlərində kəskin artım və eniş olması  yaxşı hal sayılmır.

 

"Qiymətlərin stabil olması, 60-80 aralığında olması daha yaxşı hal olar. Neft sahəsinin özünə qaldıqda isə əlbəttə, bu neft sahəsinin özünə müsbət təsir göstərir. Təbii ki, qiymətlər artdıqda neft sahələrinin investisiyaları da artır".

 

Neft sahəsində qiymətlərin artımı Azərbaycanın neft sahəsinin investisiyasına necə təsir edir?

 

"Qiymətlərin artımı həm Azərbaycan iqtisadiyyatına, dollar, qızıl ehtiyyatlarına, ixracatımıza təsirini artırır.  Neft sahəsinə yatırılan investisiyalarına da təsirini daha çox artırır".

 

Azər Abuşov