“Kripto” sistem valyutanın gələcəyinə kölgədirmi?-İqtisadçıdan AÇIQLAMA

Bölmə: İqtisadiyyat › ,
Tarix: 16:07 07.02.2024

Hazırda “Kripto” valyuta zəncirinə nəzərəçarpan dərəcədə tələbat var.   Bəs gələcəkdə “Kripto” sistem maliyyə sektoruna nə kimi təsirlər göstərə bilər? Köhnə sistemin yerini ala bilərmi?

 

Bu barədə iqtisadçı  Natiq Cəfərli informator.az-a açıqlamasında bildirib.

 

“Kripto bazar son 15 ilin məhsuludur.  Və bu daha çox piramidadır, xəbər axınına bağlı spekulyativ aktivlərdir.  Bir iqtisadçı olaraq bu bazarın gələcəyinin prespektivli olacağını düşünmürəm.  Çünki bu əlavə dəyər yarada biləcək,  arxasında hansısa bir dəyərin dayana biləcəyi bir investisiya növü deyil”.

 

İqtisadçı bu sahədən pul qazanmağın mümkün olduğunu da qeyd edib.

 

“Amma bunun gələcəyi, əgər dövlətlər bunu nəzarət altına götürməyə çalışacaqlarsa, indiki yeganə dəyəri odur ki, bu bazar heç bir nəzarət olmadan fəaliyyət göstərir. Dövlətlər isə bundan narahatdırlar və yavaş-yavaş nəzarətetmə mexanizmləri yaradırlar”.

 

Natiq Cəfərli bu mexanizmin yaradılması ilə bunun avtomatik olaraq aradan çıxacağını, “kripto” valyutanın gələcəyinin kifayət qədər dumanlı olduğunu deyib.

 

Əli Məmmədli