Qızıl və gümüşün qiyməti azalıb-Ekspertdən AÇIQLAMA

Bölmə: İqtisadiyyat › ,
Tarix: 18:12 08.02.2024

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,22% azalaraq 2 047,2 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyasının qiyməti isə 0,22% azalaraq 22,31 dollar təşkil edib.

 

Bu azalma Azərbaycan bazarında da özünü göstərəcəkmi ?

Mövzuyla bağlı iqtisadçı ekspert Rəşad Həsənov informator.az-a açıqlama edib.

 

"Azərbaycan bazarı qlobal qızıl bazarlarına zəif inteqrasiya olunmuş bazardır. Əmtəə növü investisiya aləti kimi geniş istifadə olunmadığı üçün qiymətlərə də nisbətən zəif reaksiya verir".

 

Ekspertin fikrincə, Azərbaycanda qızıl daha çox zinət əşyası kimi istifadə olunur.

 

"Dünya bazarlarında qiymət dəyişikliklərini nəzərə alsaq ki, kiçik diapazondadır onun orta və uzunmüddətli dövrdə Azərbaycan qızıl bazarına təsirini gözləmirik.  Xüsusilə də gündəlik dəyişikliklər daha çox xam qızılın alışı və satışında özünü əks etdirir".

 

Rəşad Həsənov qeyd edir ki, bu sahədə fəaliyyət göstərən dilderlər qızılın satışı zamanı dünya bazarlarında ucuzlaşmanı, xüsusilə də kiçik faizlərlə ucuzlaşmanı əsasən tətbiq etmirlər.

 

"Çünki bu məhsullar Azərbaycan bazarından çıxarılması və Azərbaycan bazarına daxil olmasının intensivliyi zəifdir və buna görə də gündəlik qiymət dəyişikliklərinə bir-başa olaraq uyğunlaşma həyata keçirmək olmur. Ümumiyyətlə ümumi dövriyyə də bu istiqamətdə kifayət qədər kiçik olduğu üçün qlobal bazarlara ləng uyğunlaşma gedir".

 

Ekspert bildirirki,  dünya bazarlarında baş verən dəyişikliklərin qızılın zinət əşyası kimi alınıb-satılmasına təsiri olmayacaq.

 

"Çünki burda intensivlik daha zəifdir. Təxminən ay ərzində iki dəfə bu məhsulları sahibkarlar ölkəyə gətirir. Hansı qiymətlərlə alırlarsa, maya dəyərinə çalışırlar o qiymətlərlə  formalaşdırsınlar və məhsulu o qiymətlərlə realizə etsinlər. Təbii ki, qiymətlər bahalaşdıqca məhsulun satışı qiymətlərini artırırlar, amma qiymətlər ucuzlaşanda onlar çalışırlar ki, mümkün qədər əvvəlki qiymətində realizə etməklə daha az zərərlə üzləşsinlər".

 

Azər Abuşov