Keşbek faizləri aşağı düşəcək?

Bölmə: İqtisadiyyat › ,
Tarix: 20:14 16.02.2024

Azərbaycanda hazırda kart alan zaman ən çox diqqət yetirilən məqamlardan biri də kəşbek faizləridir. Kəşbeklərin çoxluğu müştərini həmin banka daha çox cəlb edir. Banklar da biri digərindən daha çox kəşbek verməyə çalışırdılar. Son zamanlar bəzi bankların kəşbek faizləri aşağı düşüb. Bu nə ilə əlaqədardır? İrəliləyən zamanlarda kəşbeklərin tamamilə ləğv olunması ehtimalı varmı? 

 

Bu haqda Xalid Kərimli "İnformator.az"-a açıqlama verib.

 

"Keşbek maliyyə mənbələrindən biri, kartla ödəniş zamanı şirkətlərin banklara ödədiyi komissiyadır, ikinci mənbəyi bankların marketinq büdcəsidir. Banklar özləri bu istiqamətdə pul ayırırlar. Bunun səbəbi isə yeni müştərilərin cəlb edilməsi, yeni satışlar edilməsidir. Keşbekin məqsədi bankın müştəriyə hörmət etməsi kimi yox, bankın konkret olaraq biznes maraqların uyğun dizayn edilib".

 

Xalid Kərimli bildirir ki, bi təbiidir ki, bank özünə gələ biləcək gəlirləri müştəriyə geri ötürür.

 

"Bankın bir sıra məqsədləri var və bunun üçün də müəyyən büdcə ayırıb. Prosesə daha çox insan cəlb olunarsa, bankın nəzərdə tutduğu xərc büdcəsi keçildikdə bank prosesi dayndırır və keşbekləri endirir. Bu bankın korporativ strategiyası ilə bağlı məsələdir. Əgər bank istədiyi sayda müştəri cəlb edibsə, artıq marketinq büdcəsi də keşbek verməyə yetərli olmursa, digər banklar da bundan istifadə edib rəqabəti intensivləşdirirsə, onda bu prosess bankın marağında olmur. Bundan sonra bank layihənin daha da yaxşılaşdırılması üçün tədbir görür. Gələcəkdə keşbeklərin aşağı düşüb tamamilə aradan qalxma ehtimalı var. 

 

İqtisadçı ekspertin sözlərinə görə, gələcəkdə keşbeklərin faizlərinin aşağı düşməsi daha çox ehtimal olunur. 

 

"Bankın məqsədi yeni müştərilər cəlb etmək, onlara satışlar etməkdir. Əgər istədiyi sayda müştəri cəlb edirsə, artıq prosessin davam etməsi onun marağına uyğun olmur. Eyni zamanda digər banklar tərəfindən rəqabət, bankların bu layihəyə marağının itməsinə gətirib çıxaracaq. Daha çox insanın bu kartlardan istifadə etməsi, artıq bankın həmin müştərilərə dövriyyəyə görə keşbek büdcəsini artırır. Gələcəkdə bu keşbeklərin ləğv edilməsi bankın öz qərarından asılıdır".

 

Xalid Kərimli sonda qeyd edir ki, bankların özünün müştəri cəlb etməsi yeni marketinq elementlərindən biridir. 

 

"Bu layihələr qiymətləndirilir, layihənin xərcini, gəlirini çarpaz satışı analiz edilib daha sonra qərar verilir".

 

 

Gülay Qəribova