İli köhnə avtomobillər dövriyyədən çıxarılır?

Bölmə: İqtisadiyyat › ,
Tarix: 18:52 19.02.2024

2024-cü ilin yanvarında Azərbaycana 113 milyon 420 min dollar dəyərində 6 min 191 ədəd avtomobil (nəqliyyat vasitələri) idxal olunub.
2023-cü ilin yanvar ayı ilə müqayisədə avtomobil idxalı məbləğ ifadəsində 10,5 % və ya 10 milyon 800 min dollar artıb, miqdar ifadəsində (say) 690 ədəd və ya 10 % azalıb.

 

Baş verən azalmanın əsas səbəbləri nələrdir ?

Azalmanın Azərbaycan iqtisadiyyatına hansı təsirləri olacaq?


"İnformator.az"a açıqlamasında bu azalmaya münasibət bildirən   iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, ölkə üzrə avtomobillərin sayının azalması tendensiyası gələcəkdə artacaq.

 

"Azərbaycanda son vaxtlar qəbul olunmuş normativ hüquqi aktlara əsasən ili köhnə avtomobillərin ölkəyə gətirilməsi qadağan olunub. Bu qərar cari ildən tam olaraq qüvvəyə minib. Hətta fevral ayının birindən utilizasiya vergisi tətbiq olunub. Qadağa səbəbilə, ölkəyə daha yeni avtomobillərin gətirilməsinə üstünlük verilir. Yeni avtomobillərin qiyməti isə olduqca bahadır".

 

Ekspert bildirir ki, belə hal baş verdikdə say nisbətində avtomobillərin sayı düşür, qiymət nisbətində isə bu göstərici qalxır.

 

"Bu tendensiya getdikcə artacaq, çünki utilizasiya vergisindən sonra çalışacaqlar ki, son 3 ilin istehsalı olan avtomobillər gətirilsin. Çünki son 3 ilin avtomobillərin vergi rüsumları daha azdır".

 

Azər Abuşov