Toyuq əti niyə bahalaşıb?

Bölmə: İqtisadiyyat › ,
Tarix: 20:32 21.02.2024

Son günlərdə Azərbaycanda toyuq ətinin bahalaşması müşahidə olunur. Bəs bahalaşmanın səbəbi nə ilə bağlıdır?

 

Mövzu barəsində iqtisadi məsələlər üzrə ekspert Rəşad Həsənov ‘’informator.az’’-a açıqlamasında bildirib ki, hazırda ətin qiymətində müşahidə edilən artım təklifin azalmasından qaynaqlanır:

 

‘’Çünki, kənd təsərrüfatı aqrar qanunlar üçün, o cümlədən, ətçilik üçün qeyri-mövsümi dövr hesab olunur. Təbii qidanlanma imkanlarının məhdudluğu, mal-qaranın çoxalma dövrünün olması səbəbindən bazarda təkliflər əhəmiyyətli dərəcədə zəifləyir. Bu vəziyyətin nəticəsində də qiymətlərin artması müşahidə olunur. Təbii ki, digər faktorlar qarşısında da alıcılıq gücü və s. kimi faktorlarda qiymətlərin artmasına təsir göstərir. Eyni zamanda qış aylarında rastlaşılan kəskin azalma istənilən halda topdan satış qiymətlərinin artmasına və dolayısıyla da pərakəndə satış qiymətlərində artımına da gətirib çıxarır. 

 

Ekspertin sözlərinə görə, yanvar-fevral aylarında ətə olan tələb kəskin müşahidə olunmur. Böyük ehtimalla, aprel ayından etibarən qiymətlərdə sabitləşməni müşahidə edə biləcəyik.

 

 

Sevinc Yarməmmədova