Rusiyaya qarşı sanksiyalar davam edir-AÇIQLAMA

Bölmə: İqtisadiyyat › ,
Tarix: 23:35 26.02.2024

Rusiya-Ukrayna müharibəsinin başladığı vaxtdan bəri bir çox ölkələr Rusiyaya müəyyən sanksiyalar tətbiq edib və bu addımlar hələ də davam edir. 

Yaponiyanın Baş naziri Fumio Kisida G7 liderlərinin onlayn danışıqlarında  bildirib ki, Yaponiya bir sıra Rusiya vətəndaşlarına və təşkilatlarına yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.

 

"İnformator.az" a açıqlama edəm iqtisadçı ekspert Rəşad Həsənov xarici faktorların, sanksiyaların Rusiya iqtisadiyyatına təsiri barəsində danışıb.

 

O deyir ki,  son dövrlərdə Rusiyaya münasibətdə tətbiq edilən sanksiyaların nəticələriylə bağlı qlobal səviyyədə ümidsizlik müşahidə olunur.

 

"Düşünürəm ki, orta və uzunmüddətli dövrdə bu təsirlər  nəticəsini daha dərinləşdirilmiş formada biruzə verəcək. Rusiya hal-hazırda hərbi sənayedə müharibə xərcləri ilə mümkün qədər bu istiqamətdə yaranmış təzyiqlərdən yayınmış və ya təsirlərini azaltmış kimi görünür. Amma gerçəklər budur ki, Rusiya iqtisadiyyatı qlobal inteqrasiyadan sürətlə məhrum olur. Düzdür, bəzi, xüsusilə, Çin, Hindistan kimi ölkələr bu istiqamətdə təşəbbüslərə qoşulmamaqla, eyni zamanda, enerji məhsullarının idxalı Rusiyanı bu təsirlərdən müəyyən qədər müdafiə edirlər, ancaq nəzərə alsaq ki, sanksiyaların əhatə dairəsi genişlənir, bu günlərdə ABŞ-da böyük sanksiyaları  açıqlayacağı gözlənilir, Avropa Birliyinin də  14-cü sanksiya paketini açıqlayıb, Yaponiya da bu prosesdə ilk dəfədi iştirak etmir, 8-ci, 9-cu sanksiya paketini açıqlayır.  Digər G7 ölkələrinin də aktiv iştirakıyla Rusiya üçün çevrə daralır. Təbii ki, müəyyən mənada inkişaf etməmiş ölkə iqtisadiyyatı kimi qlobal təsirlərdən və sanksiyalardan nisbətən az təsirlənə bilir. Amma bu başqa cür də hazırki iqtisadi inkişaf dövründə orta və uzunmüddətli inkişaf strategiyalarını formalaşdırmaq mümkün deyil".

 

Müsahibin sözlərinə görə, Yaponiyanın tətbiq etdiyi sanksiyaların da kiçik də olsa, gələcəkdə bu prosesin nəticələrinin güclənməsinə töhfəsi olacaq.

 

"Düzdür, Yaponiya hələki Rusiyadan müəyyən qədər, az da olsa, enerji məhsullarını idxal edir. Lakin Yaponiya və Rusiya arasında daha çox bu istiqamətdə iqtisadi münasibətlər var. Yaponiya hökümətinin də qarşıya qoyduğu əsas məqsədlərdən biri Rusiyadan enerji asılılığını tam aradan qaldırmaqdır. Düşünürəm ki, bu proses növbəti 2 ildə tamamlanacaq və demək olar ki, Yaponiyanın müvafiq istiqamətdə daha radikal  qərarlar alması üçün imkanlar formalaşacaq. Baxmayaraq ki,  bu gün  Rusiya iqtisadiyyatı sanksiyalardan daha az təsirlənən kimi görünsə də, uzunmüddətli dövrdə hər bir Rusiya vətəndaşı bu sanksiyaların, müharubənin ağır nəticələriylə üzləşməli olacaq".

 

 

Nəzrin Mirzəyeva