"Neft gəlirlərinin cüzi hissəsi vergi şəklində büdcəyə daxil olur"-Ekspertdən açıqlama

Bölmə: İqtisadiyyat › ,
Tarix: 15:28 27.02.2024

Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,10 dollar və ya 0,12 faiz azalaraq 86,01 dollar olub.

Bu ölkə iqtisadiyyatına necə təsir göstərəcək? 

 

İnformator.az”a açıqlamasında iqtisadiyyat eksperti Elçin Rəşidov məsələyə münasibət bildirib.

 

Neftdə elə də ciddi ucuzlaşma müşahidə edilmir. Məsələn, neft 0,12% deyil, 90% ucuzlaşsaydı, ölkədə islahatlar keçirilərdi.

 

Müsahib qeyd edir ki, əsas faktor neftin hasilatına bağlıdır.

 

"Neftin hər bir dollar ucuzlaşması neftin hasilatına vurulur və alınan məbləğ qədər az məbləğ neft fonduna daxil olur. Amma bu məbləğ neft fonduna daxil olduğuna görə Azərbaycan iqtisadiyyatına birbaşa təsir etmir. Azərbaycan iqtisadiyyatına yalnız neft fondundan olan transferlər təsir edir. Hər ilin sonunda büdcə qəbul olunarkən həmin transferin həcmi də büdcə xərclərini qarşılamaq üçün müəyyənləşir". 

 

Ekspert əlavə edir ki, neft gəlirlərinin cüzi hissəsi vergi şəklində büdcəyə daxil olur

 

Elçin Rəşidov hesab edir ki, bu yanlış siyasətdir.

"Büdcə gəlirlərində qeyri-müəyyənlik yaradır. Onsuz da büdcə xərcləri ilin sonunda müəyyən olur və neft gəlirlərindən vergilərin büdcəyə daxil olması heç bir dəyişiklik yaratmır".

 

 

Gülnisə Əfkari