"Bu qərarda udan yerli fermerlərdir"-İqtisadçıdan AÇIQLAMA

Bölmə: İqtisadiyyat › ,
Tarix: 22:33 23.04.2024

Yerli tütün xammalının keyfiyyətinin tədricən artdığını nəzərə alaraq, hər 1000 ədəd tütün məmulatının istehsalında 2024-cü ildən etibarən yerli xammaldan istifadənin həcmi artırılacaq.

 

Bu barədə “informator.az”a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirir ki, qanunun dəyişkənliyinin əsas məqamlarından biri odur ki, nəzarət,şəffaflıq artacaq, standartlar daha yaxşı qorunacaq:

 

“Amma digər bir məqam tütün istehsalında yerli xammalı almaq məcburiyyətidir. Bu isə bir neçə aspektə təsir göstərəcək. Əvvəl tütün istehsal edən firma həm yerli, həm də xarici tütün ala bilərdi. Amma indi məcbur olub yerli tütün alacaq. Bunun nəticəsində yerli fermerlər üçün rahat bazar formalaşacaq. Amma yerli tütün istehsalçıları üçün o qədər də yaxşı xəbər deyil. Çünki, onların tədarükdə daxili bazardan asılılıqları artacaq. Bu isə sonradan qiymət və keyfiyyətə təsir göstərən amil olacaq. Alıcılar üçün də yaxşı xəbər deyil çünki, xarici tütünün istehsalının azalması məhsulun qiymətini və keyfiyyəti ilə bağlı sonradan problem yarada bilər. Bu qərarda udan yerli fermerlərdir. Ümumiliyyətlə, istənilən məhdudlaşma ona gətirib çıxardır ki, rəqabət pozulur. Rəqabətin pozulmasında da ən çox alıcılar itirir”. 

 

 

Gülnisə Əfkari