Sosial şəbəknin gənclərin həyatında rolu
Bölmə: Sosial › ,Tarix: 10:43 07.02.2024
4-6 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Bakı şəhəri 173 və 249 saylı orta məktəblərdə “Sosial şəbəklərdən düzgün istifadə edirik?” adlı layihənin seminarı keçirilmişdir. Keçirilən seminarda məqsəd informasiya-kommunikasiya texnologiyalarının rolunun getdikcə artan müasir həyatımızda sosial şəbəkələrin gənclərə göstərdiyi mənfi və müsbət tərəflərinin araşdırılmasından ibarətdir. Bu məqsədlə seminada şagirdlərin iştirakı ilə müzakirə aparılmışdır.
Layihə rəhbəri Aysel Pirməmmədova sosial şəbəkələrin gənclərin həyatındakı rolundan, müsbət və mənfi təsirlərindən danışmışdır. Onun sözlərinə görə, bu internet resurslarından hansı məqsədlə istifadə etməsi onun fəaliyyətindən asılıdır. “Bir qrup insan sosial şəbəkələrdə uzaqda olan qohum və dostları ilə əlaqə saxlamaq, yaxud xəbərləri və yenilikləri görmək üçün istifadə edir. Digər qrup isə, burada özünün kiçik biznesini qurur və müəyyən məhsulların reklamı, ya da satışı ilə məşğul olur. Sadəcə vaxt itirmək, saxta adlarla insanları narahat etmək, eyni zamanda müəyyən təxribatçı qruplara qoşulmaq üçün şəbəkələrdən istifadə edənlər də az deyil. Maarifləndirmə, ətrafımızdakı insanlara təsir göstərmək yolu ilə bu tip insanları zərərli vərdişlərdən uzaqlaşdırmağa çalışmalıyıq”, – deyə layihə rəhbəri bildirmişdir.
“ Dünyəviliyin və Marifpərvərliyin “ Təbliginə Dəstək İctimai Birliyin rəhbəri G. Mürsəlli bu sahədə bir çox layihələrdə iştirak etdiyini qeyd etmişdir. Onun sözlərinə görə, layihələr çərçivəsində aparılan müzakirələr zamanı bu mövzuda gənclər və orta yaşlı nəslin nümayəndələri arasında fikir ayrılığı olduğunun şahidi olub. “Böyüklər gənclər və yeniyetmələrin sosial şəbəkədə həddindən çox vaxt keçirdiyini və faydalı işlə məşğul olmadığını deyir. Gənclər isə əksinə, sosial şəbəkələr, eyni zamanda digər internet resurslarından dünyagörüşlərini artırmaq, müəyyən məlumat əldə etmək istiqamətində yararlandıqlarını diqqətə çatdırır. Həyata keçirilən işlər göstərir ki, maarifləndirmə genişləndirilməli və gənclər internet resurslarının zərərli vərdişlərindən uzaq tutulmaqlıdır”, – deyə QHT sədri bildirmişdir