Robert Lewandovski 100 Çempionlar Liqası qoluna necə çatdı?

Bölmə: İdman › ,
Tarix: 23:50 27.11.2024

Barcelona futbolçusu Robert Lewandovski Çempionlar Liqasında 100 qol həddini keçən tarixdə üçüncü oyunçu oldu.

Levandowski, Brestə qarşı qrup mərhələsi oyununda birinci hissədə penalti zərbəsi ilə bu uğura nail olaraq Barcelonanı önə keçirdi. Daha sonra o, komandasının 3-0 hesablı qələbə qazandığı oyunda 101-ci qolunu da vurdu.

 

36 yaşlı futbolçu Avropa Kuboklarında 100 qol vuran futbolçular siyahısında Cristiano Ronaldo və Lionel Messiyə qoşuldu.

 

“Çox məmnunam, çox xoşbəxtəm",- o, Movistar-a açıqlamasında deyib.

“Bəzən Çempionlar Liqasında bu təsirli rəqəmə çatacağıma inanmırdım.

İndi Lionel Messi və Cristiano Ronaldo ilə yaxşı bir şirkətdəyəm".

 

Ronaldo Manchester United, Real Madrid və Juventus formalarında 183 oyunda 140 qol vurub, Messi isə Barcelona və Paris Saint-Germain 163 oyunda 129 qola imza atıb.

Levandowski bu uğura 125-ci oyununda çatıb - Messidən bir qədər gec (123-cü oyununda), amma Ronaldodan daha tez (137-ci oyununda). Buna baxmayaraq, Polşa hücumçusunun hazırkı orta göstəricisi - oyun başına 0.8 qol - Ronaldo və Messinin karyera göstəricilərindən bir qədər yüksəkdir.

Levandowski 2011-2012 mövsümündən bəri hər Çempionlar Liqası mövsümündə iştirak edib.

 

Mənbə:BBC Sport

Aytac Mustafayeva