Alimləri təəccübləndirən hadisə: Beyninin 90 faizi olmayan insan!

Bölmə: Maraqlı › ,
Tarix: 22:25 21.08.2024

Beyninin 90 faizini itirməsinə baxmayaraq, nisbətən normal və sağlam həyat sürən insan elm dünyasını heyrətə gətirib. Bu, beyin və şüur ​​haqqında mövcud anlayışlara meydan oxuyaraq elmi dünyaya geniş təsir göstərdi.

Beynimizin yalnız 10 faizini istifadə etdiyimiz mif alimlər tərəfindən qəti şəkildə təkzib edilib, lakin beyin haqqında hələ də bilmədiyimiz çox şey var.
İllər əvvəl naməlum fransızın beyninin 90 faizinin əskik olduğu, lakin normal həyat sürdüyü müəyyən edilib.

Bu, beyin və insan şüuru haqqında mövcud biliklərin yenidən sorğulanmasına səbəb oldu.
Kəllə maye ilə doludur

2007-ci ildə The Lancet jurnalında dərc olunan bu hekayə elm aləmində böyük təsir bağışladı.

44 yaşlı kişi ayağında zəiflik hissi keçirərək həkimə müraciət edib. Müayinə zamanı onun beyninin böyük hissəsinin əskik olduğu, kəllə sümüyünün maye ilə dolduğu müəyyən edilib. Bu vəziyyət hidrosefali kimi tanınır.

NORMAL HƏYAT YAŞAYIR

Koqnitiv psixoloq Axel Cleeremans, kişinin normal həyat sürdüyünü, ailəsi və işi olduğunu söylədi. Kişinin IQ testi 84 olaraq ölçüldü. Normal həddən bir qədər aşağıdır, lakin bu, kişinin həyatına təsir etməyib.

Uşaqlıqda stentlə müalicə olunan adamın stent çıxarıldıqdan sonra beyninin çox hissəsi eroziyaya uğrayıb. Beyin skanları beyin toxumasının böyük hissəsinin maye ilə dolduğunu və məhv olduğunu göstərdi.
Kliremans bu vəziyyəti belə izah edir: "Beyin şüurla doğulmur. Şüur təkrar-təkrar öyrənilir. Daha sadə sözlərlə desək, beyin birtəhər yaşamaq və öyrənmək üçün bir yol tapır". 

O, beynin davamlı və şüursuz olaraq öz fəaliyyətini özünə yenidən təyin etməyi öyrəndiyini və bu təsvirlərin şüurlu təcrübənin əsasını təşkil etdiyini müdafiə edir.

Bu, şüurun beyinlə əlaqəsi haqqında mövcud nəzəriyyələrin şübhə altına alınmasına səbəb oldu. Alimlər beynin müəyyən hissələrinin şüurdan məsul olmadığına dair yeni nəzəriyyələr hazırlayıblar. Yetkinlərin beyninin müxtəlif hissələrinin zədələndikdə yeni rollar ala biləcəyi də irəli sürülür.

Mənbə: NTV Haber
Zeynəb Mustafazadə