Yeni Zelandiyada 30-dan çox balina xilas edilib

Bölmə: Maraqlı › ,
Tarix: 21:27 26.11.2024

Yeni Zelandiya Mühafizə Departamenti dayaz suda qapalı qalan pilot balinanı xilas etmək üçün suda olan altı nəfər xilasetmə işlərində iştirak edir.

 

Rəsmilər bazar günü Yeni Zelandiyanın şimalındakı Whanqarei yaxınlığındakı Ruakaka çimərliyində qapalı vəziyyətdə qalan 30-dan çox pilot balinadan ibarət podun xilas edildiyini söylədi.

 

Təbiəti Mühafizə Departamenti (DOC) deyir ki, onların əksəriyyəti yenidən suya salınaraq dənizə üzdü, lakin üç böyük və bir orta balina öldü. 

 

Xilasetmə işlərinə səlahiyyətlilər və digər ictimaiyyət nümayəndələrinin qoşulduğu yerli Maori qrupu Patuharakeke rəhbərlik edib.

Balinaların sahilə çıxması açıqlana bilməyən bir təbiət hadisəsidir və Yeni Zelandiya bu hadisənin dünyada ən yüksək göstəricilərindən birinə sahibdir.

 

Balinalar çarşaflara qaldırılaraq yenidən suya salındı.

 

Patuharakeke xilas edilən balinaların heç birinin yenidən sahilə çıxmadığından əmin olmaq üçün gecə boyu sahildə qaldı.

Qapalı dəniz xilasetmələrinin idarə edilməsinə cavabdeh olan DOC xilasetmə səylərini " hamının balinalar üçün bir araya gəlməsi " adlandırdı.

 

Departamentin əməliyyatlar üzrə meneceri Joel Lauterbach, "İnsanların bu möhtəşəm heyvanlara göstərdiyi həqiqi qayğı və mərhəmətin şahidi olmaq heyrətamizdir",-dedi. O, həmçinin qapalı dəniz məməlilərinə yardım çatdıran Patuharakeke və Project Jonah və "indiyə qədər kömək edən yüzlərlə ictimaiyyət üzvü" daxil olmaqla bütün əlaqəli tərəflərə təşəkkür etdi.

Ölkədə balina və delfinlərin sahilə çıxması adi haldır. DOC, əsasən tək heyvanlardan ibarət olmaqla, ildə orta hesabla təxminən 85 insidentə cavab verir.

 

Mənbə BBC news 

Sevinc Zeynalova