Dəri xəstəlikləri necə yaranır? Müalicə üsulları nələrdir? -Həkim RƏYİ
Bölmə: Maraqlı › ,Tarix: 22:11 22.08.2024
Hər insanın dərisinin öz fiziologiyası və individual quruluşu var. Dəriyə qulluq xüsusi diqqət tələb edir.
Ən çox rast gəlinən dəri xəstəlikləri nələrdir?
Dəri xəstəliklərinin təməlində nələr durur?
Bu barədə dermatoloq Pərviz Dadaşov "informator.az"a açıqlamasında bildirib ki, dəri xəstəlikləri müxtəlifdir və yaş dövründən də asılı olaraq, müalicəsi simptomatikdir:
"Dəri xəstəlikləri çoxdur, yəni 3500-ə qədər dəri xəstəlikləri var. Ümumi böldükdə isə - dərinin infeksion xəstəlikləri, qeyri-infeksion xəstəliklər,genodermatozlar deyirik biz buna, birdə digər bir çox xəstəliklərin məsələn, endokrin xəstəliklərin dəri bulquları olur. İnfeksion xəstəliklərə gəldikdə, buna bakterial, virus və göbələk mənşəli infeksiyalar olur. Ən çox dəridə viral və göbələk mənşəli olanlarla rastlaşırıq. Bu xəstəliklər natəmiz mühit, ümumi orqanizmin zəifləməsi, qidalanmanın pozulmasına bağlı olaraq immun sistemi düşür və yoluxucu indeksion xəstəliklərə yol aça bilir. Bu xəstəliklərin müsbət cəhətləri odur ki, demək olar ki, müalicə ilə tam keçə bilir.
Genodermatozların yaranma səbəbi tam bəlli olmur. Bəziləri genetik təsirli olur. Onların müalicəsi əsasən simptomatik olur. Müəyyən bir dönəm xəstəlik sakitləşir, amma geri gələ bilir. Bu da pasientin daim həkim nəzarətində olmasını tələb edir.
Endokrin pozğunluqlar nəticəsində yaranan xəstəliklər var ki, buna dəri quruluğu, saç tökülməsi, dırnaqda zədələnmələr və bunun kimi fəsadları ola bilər".
Dermatoloq bu tip xəstəliklərə əsasən hansı yaşlarda rast gəlindiyindən və son zamanlarda ən çox qarşılaşılan dəri xəstəliklərindən də söz açıb:
"Xəstəliklərin yaranma yaşına baxdıqda isə müxtəlif yaşlarda ola bilir. İmmun sisteminin aşağı düşmə ilə yaranan dəri xəstəlikləri əsasən yaşlılarda rast gəlinsə də, hər yaşda rast gəlinə bilir.
Ən çox qarşılaşdığımız dəri xəstəlikləri sızanaqlar, əsasən gənclərdə rast gəlirik, el arasında dəmrov dediyimiz sədəf xəstəliyi və göbələklər, parazital dəri xəstəlikləridir".
Aslanova Fatimə