Parking rejimindən yanlış istifadə avtomobilə ziyan verə bilərmi?

Bölmə: Sosial › ,
Tarix: 18:45 05.09.2024

Sürücülər arasında belə bir yanlış fikir yayılıb ki, avtomatik transmossiyalarda "P" ("parking") rejimi dayanacaq əyləcini əvəz edir. 

 

Parking rejimindən yanlış istifadə avtomobilə ziyan verə bilərmi ? 

 

Bu barədə "İnformator.az"a açıqlamasında avtomobil ustası Sahib Ağabəyli bildirib ki, avtomobil "D"-də olarkən hərəkət edir. Dayanmaq istədiyimiz zaman tamamilə dayandırırıq:

 

"Dayanandan sonra ling neytrala qoyulur. Neytrala qoyandan sonra ayağımızı tormuzdan çəkmirik. Bundan sonra, parking rejiminə verilir. Sonra isə ayağımızı əyləcdən çəkirik. Hərəkət elətdirmək üçün pillələr lingini "D"-yə gətiririk. Ayağımızı əyləcdə saxlayırıq, sonra isə əl əyləcini buraxırıq. Avtomobil hərəkətə başlayır. Avtomobilin dayanma, durma, hərəkət etmə qaydaları məhz bunlardır. Əl əyləci olmalıdır ki, hər hansısa bir, pillədə avtomobili saxlayarkən, avtomobilin mühərrəkini fırladaraq avtomobil hərəkət edərək, hər hansısa bir, yerə toxuna bilər. Əl əyləci işləmirsə, o, zaman parking rejimi yarım əyləc rolunu oynayır".

 

Nigar Səmədli