Gizli səsyazma sübut kimi qiymətləndirilir?

Bölmə: Sosial › ,
Tarix: 21:56 05.09.2024

Son illərdə adi vətəndaşların müxtəlif proqramlar və texniki vasitələrdən istifadə etməklə bir-birinin səsini yazmasının şahidi oluruq. Bəs bu səs yazıları hansı halda sübut kimi qiymətləndirilə bilər?

 

Mövzu ilə bağlı "informator.az"a açıqlamasında Hüquqşunas Əkrəm Həsənov bildirib ki, Azərbaycan konstutiyasının 32-ci maddəsində "Şəxsi toxunulmazlıq hüququ"na görə, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatların toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir:

 

"O cümlədən, qanunla müəyyən edilmiş hallar istisna olmaqla heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və ya fotoşəkil işinə səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.

Cinayyət Məcəlləsinin 156-cı maddəsində "Şəxsi həyatın toxunulmazlığını pozmaq" qanununa görə, şəxsi və ailə həyatı sirrinə olan məlumatın belə məlumatları əks etdirən sənədlər, foto, video, səs yazılarının yayılması habelə satılması və başqasına verilməsi qanunsuz toplanılması bir ilədək müddətdə islah işləri ilə cəzalandırılır. Amma eyni əməlləri vəzifəli şəxs etdikdə, mövqeyindən istifadə edilməklə, məsafədən idarə edilən pilotsuz uçuş aparatları vasitəsilə olduqda hətda 2 ilədək azadlıqdan məhrum etməklə cəzalandırılır. Burada görürük ki söhbət izlənmədən gedir. Bu izlənməni isə hüquq mühafizə orqanları öz işində edə bilərlər. Amma adi vətəndaş bunu edə bilməz".

 

Mehriban Nəsibova