Şüalanmanın insan orqanizminə təsirləri: Fəsadları nələrdir?

Bölmə: Sosial › ,
Tarix: 21:10 09.09.2024

Günümüzdə müasir texnoloji avadanlıqlar bizə həyatın hər sahəsində kömək olur.

 

 Bəs bu avadanlıqların yaratdığı şüalanma insan orqanizminə necə təsir edir? Hansı fəsadları yaradır?

 

Bu barədə tibb üzrə ekspert Aydın Əliyev "informator.az"a açıqlamasında bildirib:

 

" Bu çox aktual problemlərdən biridir. Ekoloji natarazlıq, keyfiyyətsiz su və qida məhsulları, siqaret, alkoqol, psixotrop maddələr və təbii ki şüalanma sağlamlığın itirilməsinə səbəb olur. 

 

Ətrafımız şüa cəbhəsidir. Xüsusilə də, uşaqlarda bu hal daha çox olur. Lazımsız yerə kompüter qarşısında çox vaxt keçirmək, telefon, televizor və digər texniki avadanlıqlar, təbii ki, bu qədər şüalanmaya bədən tab gətirmir".

 

Ekspert həddindən artıq şüa qəbulunun fəsadlarından və qarşını necə almalı olduğumuzdan da söz açdı:

 

"Diqqətsizlik, yol - hərəkət qaydalarının, hətta insanlar arasında münasibətlərin pozulmasına gətirib çıxara bilər. Bu məsələ hətta, Milli Məclisdə də müzakirə olunmalıdır. Məsələn, dərslərdə telefona qadağaya daha çox nəzarət edilsin".

 

Aslanova Fatimə