Xaricdən gətirilən bağlamalardan meymunçiçəyi virusu keçə bilər?-RƏY
Bölmə: Sosial › ,Tarix: 16:33 11.09.2024
Bu gün dünyada koronavirus pandemiyası bitməmiş meymun çiçəyi virusu yayılır. Avropa və Afrika ölkələrində meymun çiçəyi xəstəliyinə yoluxma halları mövcuddur.
Azərbaycan ərazisində bugünkü tarixədək meymun çiçəyi xəstəliyi ilə bağlı hallar qeydə alınmayıb. Lakin bu virusdan heç kim sığortalanmayıb. Tədbir görülmədiyi halda virus pandemiyaya çevrilə bilər. Respublika ərazisində, xüsusi ilə sərhəd keçid məntəqələrində meymunçiçəyinə şübhəli hallar üzərində epidemioloji nəzarət gücləndirilib. Amma bu elə bir virusdur ki, ən xırda təmas vasitəsilə də yoluxa bilər.
Bəs xaricdən gətirilən bağlamalardan meymunçiçəyi keçə bilərmi?
Tibb üzrə ekspert Aydın Əliyev "infotmator.az"a bildirdi ki, xaricdən gələn həm canlı, həm də cansız obyektlərdən yoluxma halı baş verə bilər:
"Ümumiyyətlə gözlə görülməyən bu canlılar-virusların yayılma ehtimalı digərlərinə nisbətən daha çoxdur. Xaricdən gələn mallar, müəyyən bir canlı varlıqlar(heyvan,quş və s.)keçəndə yoluxma baş verə bilər. Ona görə də müvafiq orqanlar bu işə çox ciddi yanaşmalıdırlar".
Mehriban Nəsibova